Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilən hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4 avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil verilib.

Check Also

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, hadisə Türkan qəsəbəsində …