Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Rəsulov Tural Adil oğlunun narkotik vasitələrinin istifadəsi və daşıması ilə əlaqədar məlumat daxil olub.
Məlumata əsasən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Rəsulov saxlanılıb. Onun üzərinə keçrilən baxış zamanı kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Bundan başqa keçrilmiş əməliyyat tədbirlərinin davamı olaraq T.Rəsulovun un yaşadığı evdən ümumi çəkisi 3 kq 56 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
T.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.