Bazar , 29 Sentyabr 2024
Drone Cameras

DİN: “Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olub”

Bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb.

Boyukmillet.com xəbər verir ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:

“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.

Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Check Also

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, hadisə Türkan qəsəbəsində …