Bazar , 22 Dekabr 2024
Drone Cameras

Səbail bələdiyyəsində Səko ləqəbli torpaq imperatoru

Bakı şəhər Səbail rayon bələdiyyəsində Səko ləqəbli şəxs torpaqlara qənim kəsilibdir. Belə ki, bələdiyyənin rəsmi qərarları ilə vətandaşlara verilmiş torpaqlar saxta yollarla qanunsuz və kiminsə cinayət əməlləri nəticəsində başqa şəxslərə verilib. Bələdiyyə rəsmisi olan Səko ləqəbli şəxs tərəfindən saxtalaşdırılmış torpaq sənədlərindən biri Azərbaycan elminin görkəmli simalarından olan Akademik Vəli Əliyevdir. Vəli Əliyevin Səbail rayon icra hakimiyyətinin başçısı Vuqar Zeynalova ünvanlanmış şikayət ərizəsində deyilir: “Mən çətinliklə də olsa həmin ərazini daş hasara almışdım, bu yaxınlarda həmin ərazidə ev tikmək üçün yerimə baxmağa getdim. Mənim ərazim dağıdılmış, yuxarı tərəfə yol açılmış, hasar daşlarım və içəridə olan su çənim naməlum şəxslər tərəfindən götürülmüşdür. Mənə kifayət qədər maddi ziyan vurulub”.

Bu qeyd olunan fakt çoxsaylı sübutlardan biridir. Səbail bələdiyyəsində kök salmış torpaq imperatoru deyilən Səko daha hansı cinayətləri törədib? Səko ləqəbli bələdiyyə rəsmisi kimdir? Bu şəxsin arxasında duranlar kimdir? Bütün bu suallara cavab tapmaq üçün  boyukmillet.com saytı olaraq araşdırmalarımızı davam etdiririk.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir