Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Müğənni Manaf Ağayevə 15 sutka həbs cəzası verilib

Müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib.

Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …