Bazar , 11 Yanvar 2026
Drone Cameras

Zelenski və Makron Ukraynadakı vəziyyətin deeskalasiya yollarını müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb.

O, qeyd edib ki, fransalı həmkarı ilə Ukrayna məsələsini müzakirə edib.

“Prezident Emmanuel Makronla təcili danışıq apardıq. Gərginliyin dərhal azaldılması və siyasi-diplomatik nizamlamanın zəruriliyi və mümkün yolları müzakirə olundu”, – Zelenski tviter hesabında yazıb.

Bu, son bir neçə gündə dövlət başçıları arasında arasında baş tutan növbəti telefon danışığıdır. Fevralın 12-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron təhlükəsizlik vəziyyətini və Normandiya formatında, Təmas Qrupunda danışıqların intensivləşdirilməsini müzakirə ediblər.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …