Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan  verilən məlumata görə, fevralın 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 27, tank əleyhinə 15 mina və 233 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 115,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …