Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Paşinyanın oğlu Dağlıq Qarabağdan qaçdı – Ermənistanda skandal

Bununla bağlı erməni KİV məlumat yayıb

Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Yerevandan yeddi kilometr aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürülüb.

Bununla bağlı erməni KİV məlumat yayıb.

Paşinyan özü dəfələrlə bəyan edib ki, onun oğlu Dağlıq Qarabağda (Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında – red.) xidmət edir. Ancaq erməni cəmiyyətində A.Paşinyanın daha rahat mühitdə Şirak vilayətində xidmət etməsi ilə bağlı fikirlər səslənirdi.

Ermənistandakı sosial şəbəkə istifadəçiləri hesab edir ki, Yerevana yaxın hərbi hissəyə köçürməklə Paşinyan oğlu üçün daha rahat şərait qurmaq qərarına gəlib.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məsələni “Facebook” hesabında şərh edərkən bildirib ki, Ermənistan SQ istənilən hərbi qulluqçu müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif münaqişələrdə və hərbi təlimlərdə iştirak edə bilər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir