Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Dövlət Bağçalı: “Ukraynadakı böhran Azərbaycan və digər türk dövlətlərinə sirayət etməməlidir”

“Qazaxıstanda sınaqdan keçirilən, Ukraynada da baş verən böhranın Azərbaycan və digər türk dövlətlərinə sirayət etməməsi vacibdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı rəhbərlik etdiyi siyasi təşkilatın ölkə parlamentindəki fraksiyasının toplantısında deyib.

“Cənubi Qafqazda işğal həvəsinə düşənlərin, türk yurdlarında istila arxasınca qaçanların oyunları ciddi təhdid olaraq qiymətləndirilməlidir. Bunun üçün ayıq olmalı, diqqətli hərəkət etməliyik. Bu, həyati əhəmiyyətlidir”, – o bildirib.

Check Also

Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi

Ermənistan hakimiyyəti Azərbaycan–Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir …