Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Moskvada Cumhuriyyət Bayramı qeyd olunub.

Boyukmillet.com xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycanlıları Mədəniyyəti Fondu Moskvanın “Natsional” mehmanxanasında 28 may Respublika Gününü təntənəli şəkildə qeyd edib. 
         Tədbirdə Rusiyanin müxtəlif regionlarını təmsil edən dövlət rəsmiləri, Moskvanın ictimai-siyasi dairələrinin tanınmış simaları, Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.
Onların arasında siyasət, hüquq, mədəniyyət, hərb, idman və digər sahələrdə Rusiyada fərqlənmiş onlarla nüfuzlu soydaşımız olub. 
         Tədbiri giriş sözü ilə açan mətbuat xidmətinin rəhbəri Anar Həsənov  Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti Fizuli Məmmədovun təbrik müraciətini tədbir işttirakçılarına çatdırdı. Daha sonra, ADR in Azərbaycan dövlətçiliyi tarixində xidmətlərindən danışdı. O,Məmməd Əmin Rəsuluzadənin sədrlik etdiyi Miili Şuranın, Fətəli Xan Xoyskinin baş naziri olduğu hökümətin yarandığı tarixi şərait, Tiflisdən Gəncəyə köçməsi, Bakının daşnak –bolşevik birləşmələrinin işğalından azad edilməsinə tarixi ekskurs etdi. Müasir Azərbaycan Respublikasının erməni təcavüzünə məruz qalması və bu təcavüzə qarşı mübarizədə Rusiya Azərbaycanlılarının da vacib amil olma zərurəti haqda fikirlər də müraciətdə səsləndirildi. Rusiya Azərbaycan münasibətlərinə xüsusi yer ayrılan çıxışda Heydər Əliyev şəxsiyyəti ön plana çəkilmiş oldu. Anar Həsənoov Rusiya və Azərbaycan arasındakı strateji xarakter alan münasibətlərdə görkəmli siyasətçinin rolunu xüsusi olaraq vurğulandı. 
         Çıxışdan sonra ADR in tarixi haqda videoçarx nümayiş etdirildi. Daha sonra tədbirdə Rusiya Dövlət Dumasının ekspertlər şurasının üzvü Valeriya Rayzman, Rusiya Xalqları Dostluğu Universitetinin filologiya fakültəsinin dekanı professor Viktor Barabaş, Moskva Maliyyə Hüquq Akademiyasının birinci prorektoru Oleq Zabelin, Rusiya ordusunun ehtiyatda olan azərbaycanlı zabiti, general-mayor Bağır Fətullayev, Yaxın Şərq üzrə məşhur siyasi ekspert İqbal Dürrə, “Rusiya Hərbiçiləri Ailələri İttifaqi” ictimai təşkilatının rəhbəri Mariya Bolşakova və digər qonaqlar Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik etdilər. Tədbidə Rusiyanın bir çox millətlərinin təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını dedilər. Gecə iştirakçılarına Azərbaycan xalqının milli dövlət quruculuğu, onun tarixi nailiyyətləri, Qarabağ münaqişəsi haqda dolğun məlumat aşılandı. 
         Çıxışlar zamanı Rusiya Azərbaycanlıları İttifaqının zəruriliyinə bütün natiqlər toxundu və sayı milyondan çox olan Rusiyanın Azərbaycan icmasına bu təşkilat ətrafında birləşmək çağırışları edildi. Rusiya Azərbaycanlıları İttifaqına müxtəlif millətlərin diaspor rəhbərləri, habelə Rusiyanın bir sıra ictimai birliklərinin təmsilçiləri xatirə hədiyyələri etdiər. Belarus, Qazax, Litva, Moldova, Özbək, Türkiyə xalqlarını Moskvada təmsil edən diaspor rəhbərləri Rusiya Azərbaycanlıları İttifaqını Azərbaycan diasporununn maraqlarının müdafiəçisi kimi tanıdıqlarını qeyd edib, əməkdaşlığa hazır olduqlarını ifadə etdilər. 

         Tədbirdə Rusiya Dövlət Dumasının Deputatı Valeriyu Rayzmanu çıxışı xüsusi maraq doğurub. O, Rusiya Azərbaycanlıları İttifaqının köməkliyi ilə Rusiya ali təhsil ocaqlarında Azərbaycan dilli fakultələrin açılmasına çalışacaqlarını bildirdi. Bayram tədbirində Azərbaycandan İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli də iştirak etmişdir.
         Gecənin qeyri rəsmi hissəsini Azərbaycan və Rusiya musiqi sənətinin tanınmış təmsilçiləri təmin etdi.
Həmyerlimiz, tanınmış aparıcı və musiqiçi Solomon Lazareviç, Azərbaycan vokal məktəbinin istedadlı təmsilçisi Ataxan İsmayılov və Rusiyanın “Qolos” telelayihəsinin finalçısı Alla Rid rus və azərbaycan estradasından, habelə Müslim Maqomayev və Rəşid Behbudov repertuarından məşhur hitləri ifa etməklə gecə iştirakçılarına unudulmaz anlar yaşatdılar.

 

 

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir