Cümə , 19 Aprel 2024
Drone Cameras

Gürcüstan patriarxı “Keşikçidağ” barədə: “Təxribatlara aldanmayın”


Gürcü patriarxı Mixael Botkoveli Keçikçidağla bağlı fikirlərini bölüşüb.
 
O, Keşikçidağ ətrafında yaranmış vəziyyətlə əlaqədar bəyanat yayıb.
 
“Keşikçidağ abidə kompleksi ilə əlaqədar ortaya çıxan hadisələrin təhlilinin davam etdiyi bir vaxtda bir başqa gücün Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyi müşahidə edilir.
 
Ancaq təxribatlara asanlıqla təslim olmamalıyıq.
 
Dövlətlə kilsə arasında hələlik bu məsələ ilə bağlı müzakirə aparılmayıb. Azərbaycan tərəfi ilə əlaqə qurmaq məsələsində bir çox fürsət varkən beynəlxalq təşkilatların və dost ölkələrin yardımlarını mədəni və dürüst bir şəkildə aydınlaşdırmaq mümkün olduğu halda, bu mənbələrə laqeydlik, sərt açıqlamalar və milli maraqlarımıza zidd davranışlar sərgiləmək gərəksizdir.
 
Azərbaycan tərəfi ilə bir gərginlik yaradılması qəbuledilməz olmalıdır.
 
Bu problem kimlərə əzab verirsə, onlara səslənirəm. Sakitliyimizi qorumalıyıq. Çox ehtiyatlı olmağa və məsuliyyətə ehtiyacımız var. Xüsusilə din adamlarına və icmalara səslənirəm.
 
Həm Gürcüstan, həm də Azərbaycan dairələrinə sıx təmasda olmaq üçün çağırış edirəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri qorunsun və dərinləşsin.
 
Gürcü kilsəsi bu prosesdə aktiv olmağa hazır olduğunu ifadə edir. Ümid edirik ki, hər iki tərəf də, Tanrının köməyi ilə problemlərin öhdəsindən gələ biləcək.
 
Eyni zamanda, Respublika günündə Azərbaycan xalqını və hakimiyyətini təbrik edir, sülh və rifah diləyirəm”, – din xadimi qeyd edib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir