Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın Türkiyədəki səfiri Xocalı abidəsini ziyarət edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Dənizlidə Azərbaycan-Qarabağ parkını və Xocalı soyqırımı abidəsini ziyarət edib.

Rəşad Məmmədov Dənizli əhalisinin Azərbaycana sevgisindən məmnunluğunu ifadə edib:

“Türk millətinin can qardaşı olan Azərbaycan xalqı Xocalı və Qarabağla bağlı məsələlərə çox həssas yanaşır. Türkiyə və Dənizlidəki bu münasibət bir millət olan iki dövlətin xalqı arasında sevgi və hörmətin artdığına səbəb olur. Bu abidələri nifrəti artırmaq üçün qoymuruq. Hər millətin içində həm yaxşı, həm də pis insanlar var. Bunu bilməliyik: insanlığa qarşı cinayət olan Xocalı soyqırımı kimi faciələr daha təkrarlanmasın”.

Diplomat bu faciəni törədənlərin hələ də yaşadığını diqqətə çatdırıb:

“Gənc nəslə tarixi daim öyrətməliyik. Ədalət tələb etməliyik. Həmin cinayətləri törədənlər sağdırlar. Onların bəziləri hələ də hakimiyyətdədir. Onların törətdikləri faciənin cəzasını almalarını tələb etməliyik”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …