Bazar , 29 Mart 2026
Drone Cameras

Çexiyada pandemiya ilə bağl bəzi məhdudiyyətlər aradan qaldırılacaq

Çexiya hökuməti martın 1-dən ölkədə kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Vlastimil Valek bildirib.

Qərara səbəb koronavirusa yoluxanların sayında qeydə alınan azalmalardır.

Məhdudiyyətlərin aradan qaldırılmasının növbəti mərhələsi martın 13-nə təyin edilib. Valekin sözlərinə görə, bu tarixdən tibbi maska ​​taxmaq məcburiyyəti yalnız ictimai nəqliyyatda, klinika və xəstəxanalarda, eləcə də sosial xidmət müəssisələrində qalacaq.

Check Also

Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb

ABŞ hərbçiləri İranda hələ 3 500-dən çox hədəfi vurması lazımdır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti …