Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə XİN: “Rusiyanı hərbi əməliyyatları tezliklə dayandırmağa çağırırıq”

“Rusiyanı hərbi əməliyyatları tez bir zamanda dayandırmağa çağırırıq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəbuledilməz hesab edirik”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu hücum Minsk razılaşmasının pozulması ilə yanaşı, həm də beynəlxalq hüquqa ziddir. Eyni zamanda hücum region və dünya üçün ciddi təhddir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edən Türkiyə sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinədir. Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyimiz davam edir”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …