Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azay Quliyev “Keşikçidağı” mövzusunu Tiflisdə dilə gətirdi: “Təxribat xarakterli cəhd…”

04456712-9552-46e0-accf-4406e4c24160.jpg“Azərbaycan və Gürcüstan hər zaman bir-birinə yaxın və dost ölkələr olublar. Ölkələr arasında strateji tərəfdaşdlıq mövcuddur”.

boyukmillet.com “Report”a istinadla xəbər verir ki, bu fikirləri Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəzən bu tərəfdaşlığa zərər yetirməklə bağlı cəhdlər olur: “Bu cəhdlər yolverilməzdir və onların arxasında üçüncü qüvvələr durur. Həmin qüvvələrə Azərbaycan və Gürcüstan arasındakı yaxın tərəfdaşlıq münasibətləri sərf etmir. Son vaxtlar Keşikçi Dağı ilə bağlı təxribat xarakterli cəhdlər olur”.

A.Quliyev qeyd edib ki, iki ölkə arsaında tarixən heç bir münaqişə olmayıb və istənilən mübahisəli məsələ tərəfdaşlıq mühitində həll olunur.

Deputat Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərini də şərh edib: “Gürcü spikerin Azərbaycana rəsmi səfəri mühum hadisədir. Bu səfər ölkələr arasındakı siyasi dialoqu dərinləşdirməyə imkan verəcək. Parlamentarilər iki dost və qardaş ölkə arasındakı münasibətlərin hər hansı bir üçüncü tərəfin marağına görə pozulması və ya zədələnməsinə imkan verməməlidirlər”.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir