Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukrayna ordusu İrpin şəhərini geri alıb

Rusiya ordusunun tankları bu gün Ukraynanın Buça şəhəri istiqamətindən İrpin şəhərinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən çıxara bilib.

Boyukmillet.com xəbər verir ki, bunu İrpin şəhərin meri Aleksandr Markuşin deyib.

“Biz İrpini əldə saxlayırıq! Bu gün İrpin 100 % nəzarətimiz altındadır”, – şəhər meri vurğulayıb.

O, yerli sakinlərdən evdə qalmağı xahiş edib, çünki atəş daim davam edir. Qeyd edilir ki, Ukrayna hərbçiləri üçün əlavə hərbi qüvvələr göndərilib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …