Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Ukrayna hərbçiləri Rusiyanın göndərdiyi xüsusi təhlükəli terrorçuları axtarır

Ukrayna hərbçiləri V hərfi ilə işarələnmiş düşmən texnikası karvanını axtarırlar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bunlar Ukraynaya xüsusi tapşırıqla gələn xüsusilə təhlükəli terrorçulardır. Onların olduğu hərbi karvan paytaxt Kiyevə doğru hərəkət edir.

“Olduqca vacib! Biz Kiyev vilayətinin və Kiyevin bütün vətəndaşlarına müraciət edirik! Bu hərb karvanın yerini görən, yazan, bilən hər kəs Ukrayna müdafiəçilərinə təcili məlumat təqdim etsin və ya mümkünsə, onların sonrakı hərəkətinə imkan verməsin. Bu, çox vacibdir! Yaşasın Ukrayna!”, – Ukrayna Silahlı Qüvvələrinin açıqlamasında deyilir.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …