Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Zelenski: Ukraynada köhnə hakimiyyət sistemini nokauta salacağıq

Ukrayna Prezidenti Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının ölkədə yeni hakimiyyət sistemi formalaşdırmağa imkan verəcəyinə və köhnə hakimiyyət sistemini nokauta salacaqlarına əmindir.

boyukmillet.com“RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, V. Zelenski bunu bu gün Xalq Xidmətçisi Partiyasının Kiyevdə keçirilən qurultayında bəyan edib.

Qurultayda deputatlığa namizədlərin siyahısı təqdim edilib, partiyanın proqramı təsdiqlənib.

V. Zelenski deyib ki, “Xalq Xidmətçisi” brend deyil, onların dünyagörüşüdür: “Bu, Ukraynada yeni sistemin qurulmasına kömək edəcək, köhnə sistem yenilənməyəcək. Biz sizinlə birlikdə bu işə aprelin 21-də başladıq, ancaq biz yalnız ilk kiçik addımı atmışıq. Bu, yalnız birinci raunddur. Sistem hazırda nokdaundadır, biz nokaut təklif edirik. Biz bunu birlikdə edək”.

V. Zelenski Ali Radanın növbəti çağırışında deputat toxunulmazlığının ləğv ediləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkilərinin oktyabrda keçirilməsi planlaşdırılsa da, V. Zelenski Ukrayna Prezidenti səlahiyyətlərinin icrasına başladıqdan sonra Ali Radanın səlahiyyətlərinə xitam verilməsi və iyulun 21-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir