Bazar , 8 Fevral 2026
Drone Cameras

ATƏT-in müşahidə missiyasının əməkdaşı Ukraynada öldürülüb

Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşı Rusiya ilə davam edən müharibədə həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində bildirib.

“ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır”, – deputat yazıb.

Bununla yanaşı, deputat hadisənin harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …