Şənbə , 28 Mart 2026
Drone Cameras

Ukrayna MN: “Rusiyanın Ukraynadakı itkiləri 6 000-ə yaxınlaşır”

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək 5 840 nəfər zərərsizləşdirilib, 211 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 30 təyyarə, 31 helikopter, 211 tank, 862 zirehli döyüş maşını, 85 artilleriya qurğusu, 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 355 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – deyə məlumatda vurğulanıb.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …