Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bu gün 150 azərbaycanlı Odessadan təxliyə olunub

“Bu gün Odessadan 150 azərbaycanlı təxliyə olunub”.

Bunu “Report”a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.

O bildirib ki, dünən isə bu şəhərdən 120-yə yaxın şəxs təxliyə olunub: “Bu gün yola saldığımız həmvətənlərimiz Moldova sərhədinə gedib. Orada səfrilik əməkdaşları onları yerləşdirəcək. Burada nəqliyyat vasitəsi tapmaq çox çətindir. Amma müraciət olduqca və müəyyən sayda insan yığıldıqca göndəririk”.

Təşkilat sədri vurğulayıb ki, hazırda Odessada vəziyyət sabitdir: “Odessa vilayətində 30 min azərbaycanlı var. Ümumilikdə buradan nə qədər şəxs çıxıb deyə bilmirik. Çünki bizə bildirmədən, öz maşınları ilə şəhəri tərk edənlər də çoxdur”.

Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli isə bildirib ki, dünən 10 azərbaycanlı Macarıstana keçib: “Altı nəfər soydaşımız isə Azərbaycana yola salınıb”.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …