Fransa Prezidenti Emmanuel Makron apreldə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Makronun Fransanın bir sıra regional nəşrləri tərəfindən dərc edilmiş məktubunda deyilir.
“Prezident kimi yeni mandat üçün etimad göstərməyinizi xahiş edirəm. Mən əsrin çağırışları qarşısında sizinlə birlikdə Fransanı inkişaf etdirməyə namizədəm”, – Makronun məktubda qeyd edib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-a, ikinci turu isə aprelin 24-nə təyin edilib.