Şənbə , 13 Dekabr 2025
Drone Cameras

NATO Baş katibi: “Rusiya ilə müharibə istəmirik”

“Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı hadisələr göstərir ki, müharibə tez bir zamanda başa çatdırılmalıdır”.

Boyukmillet.com “HaberGlobal”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

“NATO Ukraynadakı müharibədə tərəfsizdir. Biz Rusiya ilə müharibə aparmaq istəmirik”, – o bildirib.

ABŞ dövlət katibi Entoni Blinken isə söyləyib ki, NATO müdafiə məqsədli qurumdur, amma onlar müharibəyə də hazırdırlar.

Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüssel şəhərində NATO xarici işlər nazirlərinin iclası keçiriləcək. Toplantıdan əvvəl diplomatlar jurnalistlərin suallarını cavablandırıblar.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …