Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb

Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb.

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan “Report”a bildirilib ki, şəhərdə vəziyyət ağır olaraq qalmaqdadır.

“Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib.

Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu kənd adminstrasiyası ilə daim əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır.

Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir”,- məlumatda bildirilib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …