Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri “Fırat Kalkanı” (“Fərat Qalxanı”) əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozaraq atəş açan PKK/YPG-PYD terror qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, “Fırat kalkanı” əməliyyatının keçirildiyi bölgə Türkiyə ilə Suriya sərhədində yerləşir.

2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri həmin ərazidə Azad Suriya Ordusu ilə birlikdə İŞİD, PKK/YPG-PYD terror qruplaşmalarına qarşı antiterror əməliyyatı həyata keçirib.

Ərazi terrorçulardan 2017-ci il martın 29-da təmizlənib.

Hazırda bölgə türk hərbçiləri və Azad Suriya Ordusunun nəzarəti altındadır.

Check Also

Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi

Ermənistan hakimiyyəti Azərbaycan–Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir …