Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

İran-Əfqanıstan sərhədində atışma olub, iki iranlı hərbçi ölüb

İran və Əfqanıstan sərhədçiləri arasında toqquşma nəticəsində iki iranlı hərbçi ölüb.

Boyukmillet.com “Tolonews”a istinadən xəbər verir ki, hadisəni yerli rəsmilər də təsdiqləyiblər.

Bildirilib ki, hadisə Əfqanıstanın Nimroz əyalətinin Kanq rayonunda baş verib.

Məlumata görə, Əfqanıstan fermerləri Kamal Xan su kanalında işləyirmiş. İran hərbçiləri sərhədi keçərək onların işləməsinə mane olmaq istəyib. Bu zaman iki ölkənin sərhədçiləri arasında toqquşma olub. Silahlı qarşıdurma nəticəsində İranın iki hərbçisi ölüb. Onların avtomobili də Əfqanıstanda qalıb.

Münaqişənin baş verməsinə səbəb olaraq anlaşılmazlıq göstərilir. Hadisə ilə bağlı rəsmi açıqlama yayılmayıb.

Qeyd edək ki, İranla Əfqanıstan arasında ərazi məsələsi ilə bağlı həll edilməyən problem var.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …