Şənbə , 5 Aprel 2025
Drone Cameras

MN: Sosial şəbəkələrdə ordumuzun texnikasının hərəkətinə aid video və fotolar köhnədir

Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır.

Boyukmillet.com xəbər verir ki, video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir.

“Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.

Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.

Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq”, – nazirlikdən bildirilib.

Check Also

Emin Həsənli:Aprel döyüşləri cəmiyyətin vətənpərvərlik ruhunu gücləndirdi

Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixində özünəməxsus yer …