Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı 1 717 hərbi cinayət işi araşdırılır

Rusiyanın Ukraynada törətdiyi 1,7 mindən çox hərbi cinayət işi araşdırılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə baş prokuror İrina Venediktova feysbuk sosial şəbəkəsində məlumat yayıb.

“Prokurorluq bizim ərazimizdə Rusiya Federasiyasının hər bir hərbi cinayətini qeydə alır. Hazırda 1 717 cinayət işi araşdırılır”, – baş prokuror bildirib.

Bunlardan 1 059-u müharibə qanunlarının və qaydalarının pozulması, 658-i isə digər cinayətlərə aiddir.

Venediktova, həmçinin “warcrimes.gov.ua” vahid ümummilli platformasında Rusiyanın hücumuna dair sübutların toplandığını xatırladıb.

“Əgər şahid və ya zərərçəkmisinizsə, foto və ya video sübutunuz varsa, ədalət cəbhəmizə qoşulun”, – o əlavə edib.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …