“Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da təkbətək görüş keçirdik. Erməni həmkarımla danışıq zamanı Azərbaycanla sülh müqaviləsinin bağlanması gündəmdə olan məsələlərdən idi”
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun yekununa dair mətbuat konfransında Azərbaycan mediası nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, görüş zamanı Ermənistanın XİN başçısı Azərbaycanla sülhün bərqərar olunmasında maraqlı olduqlarını qeyd edib.