Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukrayna Prezidenti Şarl Mişellə növbəti danışıqlar aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə növbəti danışıqlar aparıb.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə tviterdə yazıb.

Tərəflər Rusiya Federasiyasına təzyiqin artırılması tədbirləri və Ukraynanın Aİ-yə üzvlüyü məsələlərini müzakirə ediblər.

“Növbəti beynəlxalq danışıqlar. Biz Avropa Şurasının prezidenti Şarl Mişel ilə Ukraynaya maliyyə dəstəyinin gücləndirilməsini müzakirə etdik. Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı gələcək danışıqlar prosesinə xüsusi diqqət yetirildi”, – Zelenski sosial şəbəkə hesabında vurğulayıb.

Bundan əlavə, Ukrayna prezidenti Böyük Britaniya və Çexiyanın baş nazirləri Boris Conson və Petr Fiala ilə telefon danışığı aparıb.

Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb. Şarl Mişel bundan sonra bildirib ki, üzvlüklə bağlı Avropa İttifaqında konsensus yoxdur.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …