Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

BMT Baş katibi: “Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir”

BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqlara çağırıb.

Boyukmillet.com xəbər verir ki, təşkilat rəhbəri bu barədə tviter sosial şəbəkəsindəki hesabında yazıb.

“Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir. Bu faciəyə son qoyulmalıdır. Bizə hərbi əməliyyatların dərhal dayandırılması və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqların aparılması lazımdır”, – BMT rəhbəri tviterdəki səhifəsində qeyd edib.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …