Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Ukrayna Prezident Ofisi: “Ordumuz bir sıra istiqamətdə əks-hücuma keçib”

Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O, ölkədəki son durumu açıqlayıb.

“Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir.

İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır.

Nəhayət, Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, – o bildirib.

Check Also

İran 1 200 km uçuş məsafəsinə malik ballistik raketi uğurla sınaqdan keçirib

İran 1 200 km uçuş məsafəsinə malik yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib. …