Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Bərdə şəhər uşaq baxçasında Novruz şənliyi keçirilib

Bərdə şəhər 10 saylı uşaq bağçasında bu gün 2-ci Qarabağ Müharibəsi qazilərinin də iştirak etdiyi Novruz şənliyi keçirilib.

Boyukmillet.com xəbər verir ki, bağça müdirəsi Leyla Məmmədova tədbirə bu sözlərlə başlayıb: “Biz müəllim olaraq hər zaman fidanlarımızı vətənpərvər ruhda böyütməli, bütün fəaliyyətlərimizdə vətənpərvərliyi körpələrimizə aşılamalıyıq”.

Körpələrimizin işıqlı sabaha yetişməsində mühüm rol oynayan məktəbəqədər müəssisələrin əhəmiyyətli rolundan bəhs açan uşaq bağçasının müdirəsi Leyla Məmmədova , uşaqlara bu gün firavan yaşayışımız üçün başda Cənab Ali Baş Komandanımız İlham Əliyevə, torpaq uğrunda qanından-canından keçən Şəhidlərimizə və tədbirə dəvətli olan Qazilərimizə borclu olduğumuzu qeyd etmişdir.

Ayna Fərhad

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …