Şənbə , 3 May 2025
Drone Cameras

Suraxanıda 6 yaşlı uşağı avtomobil vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Boyukmillet.com”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Qədirli Məhəmməd Əli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Abşeronda əməliyyat keçirilib, axtarışda olan 10 nəfər saxlanılıb

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 3 fakt aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, …