Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Müharibə başlayandan Ukraynaya 320 mindən çox insan qayıdıb

Rusiyanın Ukraynaya hücumu başlayandan 320 min nəfərdən çox ukraynalı Vətənə qayıdıb.

“Boyukmillet.com”un məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti teleqram kanalında xəbər verib.

Qeyd edilir ki, onların əksəriyyəti kişilərdir.

“Uşaqlarımız təslim olmur, ona görə də kömək etməliyik, ölkəmiz üçün mübarizə aparmalıyıq. Ukraynalılar da bütün insanlar kimi azad olmalıdır”, – Polşadan gələn ukraynalılardan biri deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl xaricdə yaşayan həmvətənləri ölkəyə qayıtmağa çağırıb.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Check Also

Türkiyə polisi 22 vilayətdə əməliyyat KEÇİRDİ: 92 nəfər SAXLANILDI – VİDEO

Türkiyə polisi iki həftə ərzində İŞİD ilə əlaqədə şübhəli bilinən 92 nəfəri saxlayıb. Boyukmillet.com xəbər …