Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayırıb

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …