Bazar , 29 Noyabr 2026
Drone Cameras

Avstriyada qapalı məkanlarda məcburi tibbi maska tələbi yenidən tətbiq edilir

Avstriyada gələn həftə məcburi maska ​​rejimi koronavirusun yayılması ilə əlaqədar yenidən tətbiq olunacaq.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yohannes Rauç bildirib.

Belə ki, Avstriyada martın ortalarında hər gün 50 mindən çox yeni koronavirusa yoluxma halı qeydə alınmağa başlayıb.

Nazirin sözlərinə görə, Səhiyyə Nazirliyinin bütün qapalı yerlərdə maska tələbi ilə müvafiq qərarı gələn həftənin ortalarında hazırlanacaq.

Fevralın 19-da Avstriya koronavirus məhdudiyyətlərini ləğv etməyə başlayıb. Martın 5-dən etibarən peyvənd və ya COVID-19 sertifikatı təqdim edilmədən müəssisələrə baş çəkməklə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Maska rejimi yalnız supermarketlərdə, apteklərdə, banklarda, poçt şöbələrində məcburi olaraq qalıb.

Check Also

Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru tikməyi planlaşdırır

Türkiyə 2050-ci ilədək Akkuyu, Sinop və Trakya bölgələrində ümumilikdə ən azı 12 nüvə reaktoru tikməyi …