Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

İnam Kərimov Lənkəranda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 1-də, saat 09:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

Boyukmillet.com  bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (telefon: (050) 205 54 24) müraciət edə, eləcə də nazirliyin “Çağrı Mərkəzi”nə (16 52) zəng edə və yaxud [email protected] elektron poçtuna yaza bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbul pandemiya tələblərinə uyğun keçiriləcək. Qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

Check Also

FHN yağıntılı havaya görə əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraitinə görə əhaliyə müraciət edib. Bu barədə  FHN-dən məlumat …