Bazar , 15 Noyabr 2026
Drone Cameras

BMT: “Rusiya Ukraynaya azı 24 dəfə kasset bombası atıb”

“Rusiya hərbçiləri Ukraynada yaşayış məntəqələrinə azı 24 dəfə kasset bombası atıb”.

 Boyukmillet.com “dw”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu döyüş sursatının 2010-cu il avqustun 1-dən tətbiqi qadağan edilib.

Qeyd edək ki, kasset bombalarının içində 100, bəzən daha çox kiçik bombacıqlar var. Bu da onun dağıdıcı və məhvetmə gücünü dəfələrlə artırır. Onun tank və piyada əleyhinə, yandırıcı və başqa növləri var. Bu bombanın tətbiqinin qadağan edilməsi ilə bağlı 2008-ci ilin mayında İrlandiyanın paytaxtı Dublin şəhərində hazırlanan konvensiya həmin il dekabrın 3-də 93 dövlətin imzasıyla qüvvəyə minib. 2018-ci ilədək sənədi 120 dövlət imzalayıb. ABŞ, Rusiya, Çin bu müqaviləyə imza atmaqdan imtina edib. Habelə Hindistan, Braziliya, İsrail, Cənubi Koreya, Pakistan da kasset bombalarının qadağanına qoşulmayıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …