Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezident Ersin Tatar EOKA terror təşkilatının 1955-ci il aprelin 1-də silahlı hərəkətlərə başlamasını dəyərləndirərək, xalqı terror təşkilatlarının insafına buraxmasının mümkün olmadığını vurğulayıb.
Boyukmillet.com xəbər verir ki, Ersin Tatar EOKA terror təşkilatının 1 aprel 1955-ci ildə silahlı hərəkətlərə başlamasının 67-ci ildönümü münasibətilə açıqlama verib. Kıbrısı yunan adası etmək üçün 67 il əvvəl silahlı hərəkətlərə başlayan yunan-rum rəhbərliyinin zehniyyətinin hələ də dəyişmədiyini bildirən Tatar, “Görürük ki, həyata keçməyən arzuların arxasınca qaçırlar”, deyib.
Tatar açıqlamasında bu ifadələrə yer verib:
“İlk bəyanatında məqsədini “Türk ulusunun bir uzantısı olan Kıbrıs türklərini adadan qovmaq və Enosisi həyata keçirmək” olaraq bəyan edən EOKA terror təşkilatı silahlı hərəkətlərə başlayarkən Kıbrısı qan gölünə çevirdi və qırğınlarla və ağrılarla dolu bir dövr başladı. EOKA terror təşkilatı əvvəlcə ingilisləri hədəfə alırdısa, qısa zamanda Kıbrıs türklərinə də hücum etməyə başladı.
1955-1958-ci illərdə şəhərlərdəki türk bölgələri, türk kəndləri, müqəddəs və dini yerlərimiz EOKA-nın hücumlarına məruz qalarkən, müdafiəsiz vətəndaşlarımız da qətlə yetirildi. Bu hücumlara qarşı Kıbrıs Türk xalqını müdafiə etmək məqsədi ilə Türk Müqavimət Təşkilatı (TMT) quruldu. TMT-nin dirənişi ilə Kıbrıs Türk xalqının bərabər qurucu ortağı olduğu Kıbrıs Cümhuriyyətinə ulaşıldı. Kıbrıs Cümhuriyyətini “Enosis üçün tramplin” hesab edən Kipr rum rəhbərliyi, Akritas Planına uyğun olaraq 21 dekabr 1963-cü ildə Qanlı Milad hücumlarına başladı. Məqsəd yenə də Kıbrıs türk xalqını məhv etmək və Kıbrısı yunan adası etmək idi. Kıbrıs Cümhuriyyəti silah gücünə yunan dövlətinə çevrilərkən 1963-1974-cü illərdə yüzlərlə kəndimiz hücuma məruz qalmış, minlərlə insanımız köç etmək məcburiyyətində qalmış, xalqımız soyqırıma məruz qalmışdır. Bu qırğınların və vəhşiliklərin məsuliyyəti EOKA terror təşkilatını yaradan və dəstəkləyən rum rəhbərliyi və Yunanıstandır”.
Check Also
Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …