Bazar , 22 Noyabr 2026
Drone Cameras

Ukrayna ordusu Zaporejyedə daha 5 yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Zaporejye vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb. “Ukraynalı hərbçilər torpaqlarımızın hər qarışı uğrunda vuruşurlar. Bu bizim üçün vacibdir”.

Qeyd edək ki, daha əvvəl Ukrayna ordusunun Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa etdiyi barədə məlumat verilmişdi.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …