Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyənin vitse-prezidentindən Kıbrıs türkləri ilə həmrəylik mesajı

Türkiyənin vitse-prezidenti Fuat Oktay 1955-ci il aprelin 1-də Kipr türklərinə qarşı silahlı aksiyalara başlayan EOKA terror təşkilatını lənətləyib. 

Boyukmillet.com xəbər verir ki, Fuat Oktay bu barədə sosial media hesabındakı paylaşımında yazıb.

“67 il öncə əllərindəki silaha, qəlblərindəki şərə sarılıb, acılarla dolu bir dönəmi başladan Enosisçi EOKA terror təşkilatını lənətləyir, qəhrəman şəhidlərimizi rəhmətlə anıram. Dünən olduğu kimi, bu gün də Kıbrıs Türkü ilə zehniyyəti qaranlıq olanlara qarşı yan-yana, çiyin-çiyinəyik”, – deyə o qeyd edib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …