Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç müharibənin başa çatacağı ilə bağlı yeni proqnozunu açıqlayıb.
Bu barədə Boyukmillet.com UNİAN-a istinadən xəbər verir.
Aleksey Arestoviç, həmçinin Rusiya hərbçilərinin paytaxt Kiyev yaxınlığındakı mövqelərinə qayıda bilmələri və Xarkovu tutmaq ehtimalları ilə bağlı fikirlərini bölüşüb.
“(Rusiya hərbçiləri-red) Aprelin sonu – mayın əvvəlində öləcəklər, hücum edə bilməyəcəklər. Hətta ərazimizdə qalsalar da, yaşıl ot görünən kimi biz onları yerindən tərpədərək, ordunun qüvvələri ilə əzəcəyik. Hərbçilər və yerli sakinlər, kəndlilər onlara qısa zamanda nifrət edən bir ölkədə qalmağın necə olduğunu göstərəcəklər”, – Aretoviç müharibənin nə vaxt bitəcəyi ilə bağlı öz fərziyələrini bölüşərkən deyib.
O, həmçinin Rusira qoşunlarının Kiyev yaxınlığındakı mövqelərə qayıtma ehtimalının az olduğunu vurğulayıb.
“Onlar geri qayıtmağa hazırlaşmırlar, müharibədə heç kim, hətta rusiyalılar belə, müdafiə mövqelərini onları yenidən ələ keçirmək üçün vermirlər. Onları yerində saxlamaq daha asandır. İkincisi, onları tutmaq üçün qruplaşmaq lazımdır. Onlar qüvvələrini şərqdə cəmləşdirirlər. Kiyevə yenidən qüvvələr göndərmək üçün tam axmaq olmalısan. Əgər gəlsələr, onları məhv edəcəyik”, – Aretoviç əlavə edib.
O, Ukrayna qoşunlarının şərqdən hücum gözlədiyini deyib, lakin Ukrayna rəsmisi həm də hücumun uğuruna inanmır, çünki hücum cəhdləri artıq bir neçə dəfə təxirə salınıb.