Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ukraynada Axtırka Diyarşünaslıq Muzeyindəki Azərbaycan guşəsi köçürüləcək

Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov müharibədən ən çox zərər çəkən və artıq qəhrəman şəhər elan edilən Axtırkaya səfər edib.

Bu barədə  Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində II Dünya müharibəsi zamanı Axtırkanın işğaldan azad edilməsində şücaət göstərmiş Museyib Bağırovun şəxsi əşyalarının və xatirə güzşəsinin olduğu Axtırka Diyarşünaslıq Muzeyinə baxış keçirib. Qeyd edək ki, döyüşlər zamanı muzey ciddi xəsarət alıb və ilkin olaraq onun tamamilə sökülməsi məsələsi müzakirə edilir.

Azərbaycanın fəxri konsulu Əfqan Salmanov şəhər meri Pavel Kuzmenko ilə söhbətində Museyib Bağırovun şəxsi əşyalarının və Azərbaycan güşəsində olan eksponatların qorunması istiqamətində müzakirə həyata keçiriblər və onların müvəqqəti digər müzey ərazisinə keçirilməsinə razılaşıblar.

Azərbaycan hökümətinə göstərdikləri humanitar yardıma görə təşəkkür edən Pavel Kuzmenko Axtırkanın bərpasında ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Xüsusən neft-qaz sahəsində əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.

Səfər çərçivəsində Azərbaycanın fəxri konsulu Axtırka ərazisində yaşayan həmvətənlərimizin vəziyyəti ilə də yaxından maraqlanıb.

Qeyd edək ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini davam etdirir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …