Bazar , 4 May 2025
Drone Cameras

Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi başa çatıb

“Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrliyi başa çatıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviter hesabında yazıb.

“Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun iclasında iştirak edib. Yığıncaqda Azərbaycanın Forumdakı sədrliyinə yekun vurulub. Azərbaycan Foruma müvəffəqiyyətlə töhfə verdi və onun irəliləyişinə nail oldu”, – o bildirib.

Qeyd edək ki, Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi cari ilin yanvar ayından başlamışdı. Bundan əvvəl Azərbaycan 2005-ci ildə də Foruma sədrlik edib.

Xatırladaq ki, ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrlik il ərzində rotasiya qaydası ilə üç dəfə dəyişir. 

Check Also

Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib

“Euronews” telekanalı Azərbaycanın Qarabağ bölgəsinin ərazisində – Şuşa və Xocalıda aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunu …