Topaz Premyer Liqasının XI turunda “Zirə” üzərində 2:0 hesablı qələbə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
AZƏRTAC “Qarabağ” futbol klubunun saytına istinadla xəbər verir ki, bu, Qarabağ klubunun Qurban Qurbanovun rəhbərliyi ilə 200-cü qələbəsi kimi tarixə düşüb. Qırx dörd yaşlı mütəxəssis 200-cü qələbəni 368-ci qarşılaşmada qeydə alıb. Bu qələbələrdən 151-i Premyer Liqa çərçivəsində əldə olunub. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklarda qazanılıb.