Bazar ertəsi , 6 May 2024
Drone Cameras

“Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

Bakı Dövlət Universiteti, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının (İAU) Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı ilə bu il aprelin 17-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağı artırmaq, bacarıqlı və istedadlı şagirdləri seçmək, fərqlənən şagirdləri mükafatlandırmaq, qalibləri Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlamaqdan ibarətdir.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Olimpiadada iştirak etmək istəyənlər 2022-ci il 17 aprel (saat 10:00-dək) tarixinədək bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …