Bazar ertəsi , 6 May 2024
Drone Cameras

“Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlıları cəza gözləyir” – Millət vəkilindən xəbərdarlıq

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox müzakirə olunan mövzulardan biri də Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşən Azərbaycan əsilli insanlardır. Hətta hər iki ölkənin silahlı qüvvələrində muzdla döyüşən Azərbaycan vətəndaşlarının olduğu iddia edilir. 

Maraqlıdır, Rusiyada və Ukrayna tərəfindən muzdla döyüşən vətəndaşlarımıza cinayət işi açıla bilər?

Boyukmillet.com xəbər verir ki, mövzu ilə bağlı Gundem.az -a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan qanunları bütün vətəndaşlarımıza şamil edilir:

“Ölkə qanunvericiliyi ölkə vətəndaşlarına xarici ölkələrin silahlı birləşmələrində muzdlu döyüşçü kimi iştirakına icazə vermir. Fərqi yoxdur, terrorçu birləşmə və ya sizin dediyiniz kimi Ukrayna-Rusiya silahlı birləşmələri olsun, – bu bütün hallarda qanunsuzdur. Qanunvericilikdə Suriya, Ukrayna deyə bir ayrıcalıq yoxdur. Qanun bütün hallar üçün nəzərdə tutulub”.  

“Qanunvericiliyin tələblərinə zidd olaraq başqa ölkənin silahlı qüvvələrində muzdla xidmət edən Azərbaycan vətəndaşlarına qarşı cəza tədbirləri görülə bilər”, – deyə millət vəkili bildirib.

Turan Rzayev

Check Also

Baş nazir: Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı dövlət hesab edirik

Tədbirin əsas şüarı iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və gələcək planlar üçün platforma təklif edən “Gələcəyə …