Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaranmasının 30 illik yubileyinə həsr olunan “Şəkərli diabet xəstəliyi, müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib.
Elmi-praktik konfransın proqramına əsasən “Şəkərli diabet xəstəliyinin epidemiologiyası, etiologiyası, klinika və diaqnostikası” mövzusunda məruzələr dinlənilib.
Sonra Heydər Əliyev Fondu tərəfindən şəkərli diabetə qarşı mübarizədən, bu istiqamətdə görülən işlərdən, habelə xəstəlikdən əziyyət çəkən aztəminatlı ailələrə fondun dəstəyindən bəhs edən videoçarx təqdim olunub.
Sonda məruzələrə dair ətraflı fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının sualları cavablandırılıb.