Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Təhsil naziri koronavirusla bağlı məktəblərdəki mövcud vəziyyəti açıqlayıb

Təhsil Nazirliyi koronavirusla əlaqəli məktəblərdəki mövcud vəziyyəti açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələri əyani tədrisdədir.

Onun sözlərinə görə, müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur:

“Nəzərə alsaq ki, gün ərzində ölkə üzrə yoluxma sayları yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı ola bilər. Hesab edirəm ki, mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır”.

Nazir xatırladıb ki, ali təhsil müəssisələrində hazırda bəzi istisnalarla tədris ehtiyatlı şəkildə həyata keçirilir:

“Lakin ümumilikdə məktəb və bağçalarda pandemiya şərtləri Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son qaydalarına əsasən təşkil edilir. Hələ də müəllimlərin maska tapması və digər tələblər qüvvədədir. Təbii ki, indiki vəziyyət əvvəlki dövrdən dəfələrlə yaxşıdır. Bu da təhsil işçilərinin vaksinasiya prosesində fəal iştirak etməsi ilə əlaqəlidir. Təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub. Əvvəldən də vəd etdiyimiz kimi vaksinasiya göstəricisinin yüksək olmasından irəli gələrək üzbəüz təhsildə davamlılıq əldə etmişik. Artıq tədris ilinin sonuna da yaxınlaşırıq. Ötən müddət ərzində də heç bir ciddi qapanmalara gedilmədi”.

Check Also

Naxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb

Səriyyə Qəmbərova nazirin qəzəbinə tuş gəldiyini, məktəb direktoru tərəfindən döyüldüyünü iddia edirSəriyyə Qəmbərova 2007-ci ildən …